Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İvan Kuxta Kiyev və Bakı arasında hərbi sahədə əməkdaşlığı şərh etmir.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu gün mətbuat konfransında səfirə Ukrayna və Azərbaycan arasında qarşılıqlı yardımla bağlı sual verilib.
Cavab olaraq səfir deyib ki, ölkələr arasında ticarət əlaqələri mövcuddur.
“Yardım barədə xəbərim yoxdur. Mən Ukraynanın Ermənistandakı səfiriyəm”, - İvan Kuxta bəyan edib.
Səfir həmçinin bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko aprelin 24-də İrəvana gəlməsi ilə bağlı hələ qərar verməyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi Ermənistan prezidentindən İrəvanda keçiriləcək “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirə dəvət alıb.
“Hazırda Ukrayna hakimiyyəti məsələni nəzərdən keçirir. Qərar veriləcək. Biz Ermənistan tərəfinə məlumat verəcəyik”, səfir qeyd edib.