Rusiyanın Stavropol diyarında Ermənistanda hərbi xidmətdən yayındığı üçün 7 ildir axtarışda olan kişi saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya DİN-nin rəsmi saytı məlumat yayıb.
Kişini Rusiya DİN-nin Stavropol vilayəti üzrə Baş Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin əməkdaşları saxlayıblar.
“Şpakovsk rayonunun sakini sürücülük vəsiqəsini dəyişmək üçün müraciət edib. Kişi Rusiya DİN-nin informasiya bazaları üzrə yoxlanılıb.
Müəyyən edilib ki, o, 2008-ci ilin fevralından Ermənistan hüquq-mühafizə orqanları tərəfindən müddətli həqiqi hərbi xidmətdən yayınmaqda şübhəli bilinərək, axtarışa verilib.
Hazırda onun qarşı tərəfə təhvil verilməsi barədə məsələ həll olunur”, - deyə, məlumatda bildirilir.