Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ermənistan parlamentinin iki qadın deputatı dalaşdı – VİDEO
“Hazırda xalq yüksək vəzifəli şəxslərin hamısını ölü görmək istəyir. Ermənistan əhalisinin 50 faizi acdır. Oğru məmurlar cəzalandırılmasa, xalq özü onları cəzalandıracaq”.
Oxu.Az armenianreport-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin “İrs” partiyasından olan deputat Zarui Postancyan parlamentin iclasında çıxış edərkən bildirib.
Onun çıxışından sonra parlamentin iclasında digər qadın deputat - hakim Respublika partiyasının təmsilçisi Karine Poqosyanla Postancyan arasında mübahisə yaşanıb.
“Xalq hakimiyyətdən narazıdır. Bunun təsdiqi iyulda polis alayına hücum, bu günlərdə Gümrü meri vəzifəsinə namizəd Vardevan Qriqoryanın oğlunun qətlidir”, - Postancyan deyib.
“Bu səbəbdən də bütün yüksək vəzifəli məmurlar üçün təhlükə mövcuddur. Siz də xanım Karine bu barədə düşünməlisiz. Bu sizə də, sizin qohumlara da təsir edə bilər (Müxalifət təmsilçisi ona keçmiş baş nazir Ovik Abramyanın qohumu olduğunu xatırladıb)”.
Qışqırıqlar artıq mikrofonlar söndürüldükdən sonra da davam edib.
N.O.
"Ermənistan" teqi üzrə xəbərlər
- Xankəndidə beş ay əvvəl ölmüş erməni qadının meyitinin Ermənistana aparılması müzakirə olunur
- Səudiyyə Ərəbistanından Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı paylaşım
- Rusiya Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır
- Devid Merkel: "Biz Ukrayna və Qəzzada məsələlərin danışıqlar yolu ilə həll olunmasını istəyirik"
- Öz ayıblarına kor olan Avropa Parlamentinin Azərbaycana "hərbi əsir" təzyiqi