Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu ilə bağlı işi aparan hakim Gevork Manukyana qarşı inzibati icraat başladıb. O, Ali Məhkəmə Şurası (AMŞ) qarşısında cavab verəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.
Ötən ilin dekabr ayının 10-da bununla bağlı AMŞ-yə müvafiq vəsatət göndərilib. Manukyanın hansı iş çərçivəsində və hansı qayda pozuntusuna yol verdiyi hələlik məlum deyil.
Xatırladaq ki, bu il mayın 7-də Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və onun oğlu Ambarsum Nersisyan ev dustaqlığından sərbəst buraxılıblar.
Armavir vilayətinin birinci instansiya məhkəməsinin hakimi Gevork Manukyan onların qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığından inzibati nəzarətlə əvəz edilməsi barədə qərar çıxarıb.
Gevork Nersisyan və oğlu Ambarsum Nersisyan 2025-ci il noyabrın 3-də saxlanılıblar. İstintaqın məlumatına əsasən, noyabrın 1-də Vaqarşapatın genişləndirilmiş icmasına daxil olan Voskeat kəndində onlar təşviqat materialları paylayan Respublika partiyasının nümayəndəsi ilə münaqişəyə girərək onu təhqir ediblər. Noyabrın 17-də isə cinayət işi baxılması üçün məhkəməyə göndərilib.