Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri Ruben Vardazaryan 1.5 il həbs cəzasına məhkum edilib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq qərarı Antikorrupsiya Məhkəməsi çıxarıb.
R.Vardazaryan vəzifə səlahiyyətlərindən istifadə edərək ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə etməkdə günahkar bilinib.
Məhkəmənin qərarı ilə onun iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında hər hansı vəzifə tutması da qadağan edilib.