Ermənistanın müdafiə naziri Vigen Sarkisyan yaxın günlərdə İrana səfər edəcək.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə V.Sarkisyan jurnalistlərlə görüşdə bəyan edib.
“Yaxın günlərdə İrana səfər baş tutacaq. Bu çox mühüm dialoqdur, regionda təhlükəsizlik sahəsində çoxsaylı müştərək məsələlərimiz var”, - o, bəyan edib.
Ermənistanın müdafiə naziri, qonşu ölkələr ilə qarşılıqlı fəaliyyətə böyük önəm verdiyini qeyd edib.
N.O.
www.oxu.az