Filippində musson yağışları və tropik siklonların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri son bir ay ərzində azı 32 nəfərin ölümünə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Philippine Daily Inquirer" qəzeti yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, ölənlərin əksəriyyəti ölkənin şimalındakı Luson adasında qeydə alınıb. Üç nəfər isə itkin düşmüş hesab olunur.
Təbii fəlakətlərin nəticələri təxminən 8 milyon insana təsir edib, 26 minə yaxın yerli sakin təxliyə mərkəzlərində yerləşdirilib.
Filippin Meteorologiya Xidməti infrastruktura təxminən 100 milyon dollar ziyan vuran musson yağışlarının davam edəcəyini proqnozlaşdırır.
Daşqınlar və torpaq sürüşmələri nəticəsində 2 900 ev, eləcə də yollar və körpülər zərər görüb.