Finlandiyada sərnişin qatarı zirehli transportyor ilə toqquşub, ölən və yaralanan var.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, hadisə Raasepori şəhərində, bu gün səhər saat 8:00-da baş verib.
Yerli KİV-in məlumatına əsasən, qəza nəticəsində üç nəfər dünyasını dəyişib, 10 nəfər xəsarət alıb. Hadisənin səbəbləri barədə məlumat verilmir.
N.О.