ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polisin “Tvitter”də yerləşdirdiyi məlumatda bildirilir.
“Hadisə zamanı 5 nəfər ölüb, 8 nəfər güllə yarası alıb. İnsident baş verdikdən sonra isə daha 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir. Qısa müddətdə hava limanında təlaş yaranıb. İnsanlar qaçaraq aeroportu tərk etməyə cəhd ediblər. Xəsarət alanların əksəriyyəti yaranan izdihamda yaralanıb.
Bundan əvvəl 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilirdi. Hava limanında insanlara atəş açan 26 yaşlı Alyaska ştatının sakini Esteban Santyaqo saxlanılıb.
00:25
ABŞ-ın Florida ştatının Fort-Loderdeyl hava limanında atışma nəticəsində ölənlərin sayı beşə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə günü, yanvarın 6-da, CNN nəşri məlumat verir.
Silahlı insident zamanı səkkiz nəfər yaralanıb.
İnsidentlə əlaqədar olaraq aeroport bağlanıb.
06.01.2017 22:53
ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərində silahlı insident baş verib.
Oxu.Az CNBC telekanalına istinadən xəbər verir ki, hava limanında qeydə alınan atışma nəticəsində üç nəfər ölüb, daha doqquz nəfər isə yaralanıb.
Bundan əvvəl hadisə yerində olan Ağ Evin mətbuat katibi Ari Fleyşer beş nəfərin ölməsi barədə məlumat vermişdi.
Fleyşerin sözlərinə görə, polis heç kimə hadisə yerini tərk etməyə icazə vermir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
S.B.
www.oxu.az