Pentaqon Rusiyaya qarşı Baltik regionunda yeni hərbi planlar hazırlayır. Bu barədə ForeignPolicy yazıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, nəşr qeyd edir ki, problem ABŞ-ın hərbi oyunlarda uduzmağa davam etməsindən ibarətdir.
Məlumatda deyilir ki, Sovet İttifaqının süqutundan sonra ABŞ Müdafiə Nazirliyi ilk dəfə Rusiya ilə silahlı münqaişə zamanı fövqəladə şəraitdə fəaliyyət planını yenidən nəzərdən keçirmək və yeniləmək qərarına gəlib. Və əgər əvəllər fövqəladə tədbirlər planında Rusiya potensial tərəfdaş idisə, indi Krımın birləşdirilməsindən sonra Rusiya potensial təhlükəyə çevrilib.
“Rusiyanın davranışı ilə meydana gələn təhlükəsizlik planında şəraiti nəzərə alaraq, NATO müttəfiqlərinə qarşı təcavüzə cavab olaraq faəliyyət planımızı yeniləməyin labüdlüyü göz önündədir”, - ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bəyan edib.
Bununla yanaşı qeyd edilir ki, Pentaqon silahlı qarşıdurmadan tutmuş zombilərin hücumuna qədər bütün münkün ssenarilər üzrə hərəkət planı hazırlayıb.