Fransada dizel yanacağının orta qiyməti rekord həddə çataraq bir litr üçün 2.41 avroya yaxınlaşıb.
Oxu.Az bu barədə "Agence France-Presse" (AFP) agentliyinə istinadən xəbər verir.
Hesablama ölkə miqyasında 8.7 mindən çox yanacaqdoldurma məntəqəsinin qiymətləri əsasında aparılıb.
Yanacağın bahalaşması, əsasən, Hörmüz boğazının blokadaya alınması nəticəsində tədarükdə yaranan ciddi fasilələr fonunda baş verir.
Fransa hökuməti işlə əlaqədar müntəzəm olaraq uzaq məsafələrə avtomobillə gediş-gəliş etmək məcburiyyətində qalan vətəndaşlara dəstək tədbirlərinin müddətini uzatmaq niyyətində olduğunu bildirib.