Fransada son şənbə günlərində olduğu kimi, bu şənbə də “sarı jilet”lilər etiraz aksiyalarına başlayıblar.
Oxu.Az-ın Fransadan verdiyi məlumata görə, bugünkü etiraz aksiyaları “beşinci akt” adı ilə keçirilir, bu da etirazların beşinci dəfədir ki baş tutması ilə bağlıdır.
Artıq “sarı jilet”lilər Parisdə və digər şəhərlərdə toplanmağa başlayıblar.
Fransa mətbuatının verdiyi məlumatlara görə, əvvəlki etirazlarla müqayisədə, bu şənbə etirazlar daha sakit məcrada davam edir. Yoxlamalar zamanı artıq ona yaxın şəxsin saxlanıldığı bildirilir.
Misal üçün, ötən şənbə bu saat üçün 325 saxlanılma fatkı qeydə alınmışdı.
Oxu.Az Fransadan sizə foto və video görüntüləri təqdim edir.

Paris Operasının qarşısı bu səhər
Les gendarmes mobiles poussent les quelques centaines de manifestants sur le trottoir. Des #giletsjaunes lancent alors un appel au mégaphone : « Tous à l’Opéra !» pic.twitter.com/qx0kNLDdmK
— Aline Leclerc (@aline_leclerc) December 15, 2018
Parisdə etirazçılar səsgücləndiricidən istifadə edərək “Hər kəs operaya!” çağırışı edirlər
1ere Marseillaise du jour par quelques centaines de #giletsjaunes entourés par des gendarmes mobiles sur les Champs-Elysées pic.twitter.com/P3xmcIahus
— Aline Leclerc (@aline_leclerc) December 15, 2018
Jandarmlar tərəfdən əhatə olunan bir neçə yüz etirazçı Fransanın himni “Marselyoza”nı oxuyur

“Sarı jilet”lilər əllərində bəyaz qızılgüllər tutaraq etirazlar başlayandan bu yana həlak olan etirazçıların xatirəsini bir dəqiqəlik sükutla yad edirlər
Oxu.Az yeniləndi!