Fransanın Tuluza şəhərində fermerlərlə polis arasında baş verən toqquşmalarda azı beş nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı (Aİ) ilə MERCOSUR (Cənubi Amerika Ortaq Bazarı) ticarət bloku arasında ticarət müqaviləsinə etiraz edən fermerlər etiraz aksiyası keçiriblər.
Bildirilir ki, aksiyada altı nəfər saxlanılıb.
Nəşrin məlumatına görə, saxlanılan şəxslər iğtişaşlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq etməkdə təqsirli bilinirlər.