Fransadan Böyük Britaniyaya qanunsuz mühacirlərin keçməsinin qarşısının alınması üçün Fransanın Kale şəhərində britaniyalıların puluna 4 metr hündürlüyündə sədd tikiləcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın DİN-də miqrasiya siyasətinin kuratoru Robert Qudvill məlumat verib.
“Biz yaxın günlərdə yeni səddin tikintisinə başlamaq niyyətindəyik, - Qudvillin sözlərini “The Daily Telegraph” qəzeti sitat gətirib. – Biz məftillərdən sədd çəkmişdik, indi isə divar tikəcəyik”.
Səddin qiyməti 2 milyon funt sterlinqdir (təxminən 2,7 milyon dollar). Divar Fransa və Böyük Britaniya arasında limana aparan avtomobil yolunun hər iki tərəfində tikiləcək.
N.O.