Fransada bir həftəyə yaxındır, həbsxanadan səhvən buraxılan cinayətkar axtarılır.
Oxu.Az xəbər verir ki, bu barədə "Figaro" nəşri məlumat verib.
Məlumata görə, törətdiyi ağır cinayətə görə 11 il cəza çəkən 25 yaşlı məhbus Fransadan Mərakeşə deportasiya edilməli olan digər məhbusun əvəzinə Qradinyan kommunası həbsxanasından azad edilib.
Qeyd olunur ki, həbsxana rəhbərliyi məhbusların oxşar adlarını qarışdırıb.
Cinayətkar axtarışa verilib və onun barəsində Avropa İttifaqının bütün ölkələrində qüvvədə olan həbs qərarı verilib.