İngiltərə Mərkəzi Bankı yeddi ildən bəri ilk dəfə uçot faiz dərəcəsini aşağı salıb.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bank uçot faiz dərəcəsini 0,50%-dən 0,25%-ə, 2017-ci il üçün Böyük Britaniyanın iqtisadi inkişafı ilə bağlı proqnozu isə 2,3%-dən 0,8%-ə endirib.
“Bloomberg” anketinə qatılan analitiklər isə 25 faiz bənd aşağı düşmə gözləyirdi.
Qeyd olunur ki, bu qərardan sonra funt sterlinq digər əsas pul vahidləri qarşısında dəyər itirib.
Ülviyyə R. Əli
www.oxu.az