Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
İtaliya hakimiyyəti "Alphabet Inc"ə məxsus "Google"a qarşı vergidən yayınma təhqiqatına son qoymaq üçün addımlar atacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "MarketWatch" hakimiyyətin bəyanatına istinadən məlumat verib.
"Google"a qarşı istintaq zamanı 2015-2019-cu illərdə İtaliyada gəlir vergisinin ödənilməməsi ilə bağlı məlumatlar araşdırılıb. Səlahiyyətlilərin diqqəti reklam satışlarından əldə olunan gəlirlərə yönəlib.
"Google" işi həll etmək üçün 326 milyon avro ödəməyə razılaşıb.
Daha əvvəl şirkət vergi fırıldaqçılığı iddiaları ilə bağlı uzun müddətdir davam edən mübahisəni həll etmək üçün Fransa hakimiyyətinə 1 milyard dollardan çox pul ödəyib.
"Google korporasiyası" teqi üzrə xəbərlər
- SMS ləğv edilir: "Gmail" təhlükəsizlik üçün inqilabi yeniliyə gedir
- Meksika hökuməti "Google"u məhkəməyə verə bilər
- "Disney" filmlərində LGBT və azlıqların təbliği dayandırılır
- Trampın fərmanı coğrafiyanı dəyişir: "Google Maps" adların yenilənməsinə hazırlaşır
- "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər