Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin yaxın qohumu saxlanılıb.
Oxu.Az-ın “Haberler” istinadən verdiyi məlumata görə, İstanbulun Ümraniyə bölgəsində aparılan əməliyyatlar zamanı Fətullah Gülənin qardaşı oğlu Salman Gülən yaşadığı evdə polis tərəfindən tutulub.
S.Gülən həbs edilərkən avtomobilindən 3 telefon, bir hard disk və FETÖ-yə məxsus xeyli sayda kitab aşkar edilib.
