Gümrüdə deputat Vardevan Qriqoryanın oğlu Arşak Qriqoryan odlu silahdan açılan atəş nəticəsində yaralanıb. O, Gümrünün tibb mərkəzinə çatdırılsa da, aldığı yaradan ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Tert.am-a Gümrü tibb mərkəzinin reanimasiya şöbəsinin rəhbəri Armen Xaçatryan bildirib.
Polis bölməsindən Tert.am-a hadisə barədə məlumat aldıqlarını və hazırda polis əməkdaşlarının orada olduqlarını bildiriblər.
N.O.
www.oxu.az