Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gürcü məmurlar avtomobilsiz qalacaq
Bu ilin sonunadək Gürcüstanın dövlət avtomobil parklarındakı xidməti maşınların sayı 1000 ədəd azaldılacaq.
Oxu.Az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.
Baş nazir bildirib ki, eyni zamanda, xidməti avtomobillərdən istifadə edəcək məmurların da siyahısında dəyişikliklər ediləcək və onların da sayı azaldılacaq.
Qeyd edilib ki, xidməti avtomobillərin sayının azaldılması büdcə xərclərinin qənaətinə səbəb olacaq.
Həmçinin, bildirilib ki, ixtisara düşən xidməti avtomobillər satılmaq üçün Maliyyə Nazirliyinə veriləcək.
Satışdan əldə olunacaq gəlirlər hesabına isə təbiəti mühafizə xidməti və patrullar üçün xüsusi texniki avadanlıq alınacaq.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyinin 9 milyon manat mənimsəyən sabiq vəzifəli şəxsinə 10,5 il həbs cəzası verilib
- Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub
- Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan şəxsə HÖKM OXUNDU
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- "41 milyardlıq büdcədə 187 milyonluq fərq o qədər də böyük deyil" - Nazirdən deputata CAVAB
Rəylər