Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi qeydə alınıb.
Oxu.Az bu barədə "Sputnik Gürcüstan" saytına istinadən xəbər verir
Məlumata əsasən, Tbilisi və Batumi də daxil olmaqla bir sıra şəhərlərdə işıq yoxdur.
Elektrik enerjisinin kütləvi kəsilməsinin səbəbləri hazırda məlum deyil, rəsmi qurumlar heç bir izahat verməyiblər. Elektrik təchizatı eyni vaxtda paytaxtın demək olar ki, bütün rayonlarında, habelə ölkənin digər bir çox regionlarında kəsilib.
Qaynar xətt:
(055) 224 12 12