İçində Belarusdan turistlərin olduğu avtobus Gürcüstanda qayadan aşıb.
Bu barədə Oxu.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.
Yaralılardan 4 nəfər Ozurqeti və Çoxaturi xəstəxanalarına, 11 nəfər isə Batumidəki Respublika Xəstəxanasına göndərilib. Onlardan ikisi reanimasiyaya yerləşdirilib. Xəsarət alanlar arasında 6 uşaq var.
Qəza avqustun 12-də Qomi aşırımında baş verib. İlkin məlumatlara görə, hadisədə Gürcüstan vətəndaşı olan avtobus sürücüsü təqsirli bilinir. Yerli Daxili İşlər Nazirliyinin məlumatına görə, o, nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını təmin edə bilməyib və avtobus hərəkətdə olarkən kabinədən tullanıb, buna görə də ciddi xəsarət almayıb. Hazırda o, ölümlə nəticələnən yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb.