Gürcüstanın baş naziri İrakli Qaribaşvili marixuananın qanuniləşdirilməsinə qəti qarşıdır.
Oxu.Az “Qruziya onlayn” saytına istinadla xəbər verir ki, baş nazir hökumətin bugünkü iclasında bəyan edib ki, bu, Gürcüstanın narkotik vasitələrə dair siyasətinin tamamilə yenidən baxılması olacaq.
“Şəxsən mən marixuananın qanuniləşdirilməsinə mənfi yanaşıram və bilirəm ki, bu məsələ üzrə komandada vahid fikir yoxdur. Bu bizim narkotik vasitələrə dair siyasətimizə yenidən baxılma olacaq. Ona görə də bunun nəticələrini yaxşıca dərk etmək lazımdır.
Gənclər bu məsələ üzrə emosional şəkildə fikir bildirirlər, bu, çox prinsipial mövzudur. Biz bunun acınacaqlı nəticələrini düşünməyə məcburuq”, - bunun ilk növbədə gələcək nəsil üçün təhlükəli olduğunu bildirən baş nazir qeyd edib.