Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gürcüstanın sabiq müdafiə nazirinə sui-qəsd edilib
Gürcüstanda naməlum şəxslər majoritar deputatlığa namizəd, sabiq müdafiə naziri İrakli Okruaşviliyə silahlı hücum ediblər.
Bu barədə Oxu.Az “İnterfaks”a istinadən xəbər verir.
İlkin məlumatlara əsasən, hücum nəticəsində Okruaşvilinin keşikçisi və “Gürcü partiyası”nın fəallarından biri yaralanıb. Onların həyatı təhlükə altında deyil.
Okruaşvilinin sözlərinə görə, hücum edənlər iki nəfər olub. Onlar tapança ilə silahlanmışdılar.
Gürcüstan DİN-i hələ rəsmi şərh verməyib.
N.O.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda və Sumqayıtda bank kartından pul oğurlayan şəxslər saxlanılıblar
- Bakının üç rayonunda silah-sursat aşkarlanıb
- Abşeronda avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb
- Bakıda hotel və restoran sahibləri cəzalandırıldılar
- Sabunçuda 7 830 manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Ən çox oxunanlar