ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden bildirib ki, atası vitse-prezident olduğu dövrdə kortej və ABŞ Məxfi Xidmətinin əməkdaşları ilə birlikdə onun narkotik istifadə etdiyi evə gəlib.
Oxu.Az xəbər verir ki, Hanterin açıqlamasını "Page Six" nəşri yayıb.
"Atam gəlmişdi. O, sözün əsl mənasında, iki dəfə evə gəldi. Altı yolsuzluq avtomobili yaxınlaşır, atam iki mühafizəçinin müşayiəti ilə maşından düşür. Qapının döyüldüyünü eşidirəm, açanda görürəm ki, atam qarşımda dayanıb. Mən, açığı, çox ağır vəziyyətdə olan bir insan idim", - deyə H.Bayden bildirib.
Qeyd olunur ki, Hanter Bayden öz evində narkotik istifadəsi üçün məkan təşkil edib. O vurğulayıb ki, atası oğlunun evə narkotik alverçilərini yerləşdirdiyinin şahidi ola bilərdi.