Hindistan-Pakistan sərhəd nəzarət xəttində vəziyyət gərginləşir.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələri tam döyüş hazırlığına gətirilib.
Məlumata görə, toqquşmalar atıcı silahlarla davam edir və tədricən nəzarət xəttinin yeni sahələrinə yayılır.
Xüsusilə Lipa-Velli, Nilum və Samxani sektorlarında döyüş əməliyyatları qeydə alınıb.