Hindistan Pakistandan malların idxalını və tranzitini qadağan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Hindistanın Xarici Ticarət üzrə Baş Direktorluğunun göstərişində deyilir.
Bildirilir ki, qadağa milli təhlükəsizlik və dövlət siyasətinin maraqlarına uyğun tətbiq edilib:
"Qadağadan istənilən istisna Hindistan hökumətinin ilkin təsdiqini tələb edir".