Hindistanın Uttar-Pradeş ştatında, Prayaqrac və Kauşambi dairələrinin kəsişməsində fəaliyyət göstərən fişəng istehsalı zavodunda güclü partlayış qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb.
Məlumata görə, bazar ertəsi günü Pipri polis idarəsinin yurisdiksiyasına daxil olan ərazidə baş verən hadisə ağır itkilərlə nəticələnib. İlkin ehtimallara görə, insident zamanı ən azı 8 nəfər həyatını itirib, daha bir neçə işçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda partlayış yerində xilasedicilər fəaliyyət göstərir və axtarış-xilasetmə işləri həyata keçirilir. Hadisənin başvermə səbəblərini və bütün halları aydınlaşdırmaq məqsədilə yüksəkrütbəli polis rəsmiləri müəssisəyə cəlb olunub. İnsidentin təfərrüatları araşdırılır və yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumatların açıqlanacağı bildirilir.