Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hindistanda vağzalda izdiham zamanı 18 nəfər ölüb
Hindistanın paytaxtı Dehlidə dəmiryol vağzalının platformasında baş vermiş izdiham nəticəsində 18 nəfər, o cümlədən 11 qadın və 5 uşaq ölüb.
Oxu.Az NDTV-yə istinadən xəbər verir ki, bu barədə Dehli polisi jurnalistlərə məlumat veriblər.
İnsanlar bu günlərdə qeyd olunan ən böyük dini festival Kumbha-melada müqəddəs hesab olunan Qanq və Yamuna çaylarının qovuşduğu yer olan Sanqama getmək üçün Prayaqraj şəhərinə gedən qatarı gözləyirdilər.
Ardıcıl iki qatarın gecikməsi səbəbindən platformada sərnişin izdihamı yaranıb. Nəticədə 18 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda şirlər adam ovuna çıxıblar: İki həftədə üç nəfər parçalandı
- Ararat Mirzoyan: "Ermənistan Hindistan silahlarını almaqda maraqlıdır"
- "Air India" təyyarəsi Azərbaycan üzərindən uçan zaman təcili şəkildə geri qayıtdı
- Təyyarə sərnişinləri 10 saat boş yerə səmada qalıblar: Qəribə səbəb
- Hindistan baş nazirini 8 martda iki mindən çox qadın qoruyacaq