Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Meyiti dağıntılar altından çıxarılan "Hizbullah" liderinin ölüm səbəbi bilindi
Tibbi ekspertlər Beyrutun cənub kənarında uçulmuş evin dağıntıları altından çıxarılan "Hizbullah" təşkilatının baş katibi Həsən Nəsrullahın cəsədində heç bir yara izi tapmayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Nahar" qəzeti paytaxtdakı xəstəxanalardan birində aparılan tibbi müayinənin nəticələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ekspertlər Nəsrullahın partlayış zamanı baş və gövdə nahiyəsindən aldığı küt zədə nəticəsində öldüyü qənaətinə gəliblər.
Qeyd edək ki, sentyabrın 27-də dünyasını dəyişən şiə siyasətçi 32 il "Hizbullah"a rəhbərlik edib.
İsrailin Beyruta hava hücumlarından sonra "Hizbullah" lideri Həsən Nəsrullahın öldürüldüyü yerin görüntüləri paylaşılıb.
Oxu.Az xəbər verir ki, kadrları "Azad İran" dərc edib.
Habelə, Nəsrullahın meyitinin dağıntılar altından çıxarılma anı da yayımlanıb.
"Həsən Nəsrullah" teqi üzrə xəbərlər
- Livanın yeni hökuməti İranla bağlı bütün simvolları yığışdırır
- SAXAL-ın Həsən Nasrullahın ölümü ilə nəticələnən aviazərbəsinin yeni görüntüləri
- Xamenei "Hizbullah" liderini özünün Livandakı nümayəndəsi təyin etdi
- İsraildən Livanda peycer partlayışları ilə əlaqədar ETİRAF
- "Hizbullah"ın yeni baş katibi seçildi