Hörmüz boğazında minlərlə telefon və lüks ətriyyat daşıyan "GFS Pride" konteyner gəmisi batıb.
Oxu.Az C14 nəşrinə istinadən xəbər verir ki, hadisədən sonra sosial şəbəkələrdə Oman sahillərində yerli qayıqların dəniz səthində üzən yükləri toplamasını əks etdirən görüntülər yayılıb.
Sinqapur bayrağı altında üzən gəmi Birləşmiş Ərəb Əmirliklərindən yola düşüb və Dubaydan təxminən 2 500 konteyner yük daşıyıb.
Gəminin 21 nəfərlik heyəti xilas edilsə də, qiymətli yükün bir hissəsi dənizə düşüb.
Gəminin batmasının səbəbi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Beynəlxalq mənbələr hadisənin raket zərbəsi və ya dron hücumu nəticəsində baş vermiş ola biləcəyini qeyd edirlər. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə gəminin müəyyən edilmiş kursdan kənara çıxaraq minaya düşdüyünü iddia edir.