İran Hörmüz boğazında neft tankerlərinin hərəkətinin qadağan edildiyini elan edib və boğazı bağlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi beynəlxalq monitorinq sistemlərinə istinadən məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, tankerlərin izlənilməsi üzrə beynəlxalq sistemlər boğaz ətrafında hərəkətin tam dayandığını göstərir.
İranın cənub hissəsində yerləşən strateji əhəmiyyətli Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft tankerlərinin gediş-gəlişi faktiki olaraq dayandırılıb.
Oxu.Az xəbər verir ki, sözügedən məlumatı "Fars" xəbər agentliyi yayıb.

Agentliyə məxsus "Telegram" kanalının yaydığı informasiyaya əsasən, beynəlxalq gəmi izləmə sistemləri Hörmüz boğazındakı neft daşıyan gəmilərin sürətinin sıfıra endiyini qeydə alıb.
Mətbuatda yer alan məlumatlara görə, bəzi Avropa dövlətləri öz bayraqları altında üzən tankerlərə Hörmüz boğazından istifadə etməməyi tövsiyə edib.