Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![İki nəhəng şirkət süni intellekt hazırlayır](https://images.oxu.az/2025/02/11/XElOhmTAlEnAQz98VnVFCBPZkhjHXAlHMzbSB3Wi:1200.jpg)
İki nəhəng şirkət süni intellekt hazırlayır
"Apple" şirkəti "Alibaba" ilə birlikdə Çində "iPhone" istifadəçiləri üçün süni intellekt hazırlayır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Information" biznes nəşri məlumat yayıb.
Qeyd olunur ki, iki şirkət öz işlərini təsdiq üçün Çin tənzimləyicisinə təqdim edib.
"Alibaba" amerikalıların əməkdaşlıq etdiyi ilk Çin korporasiyası deyil. 2023-cü ilin əvvəlində "Apple" Çin tərtibatçılarının müxtəlif süni intellekt modellərini sınaqdan keçirməyə başlayıb və əsas tərəfdaş kimi "Baidu"nu seçib. Lakin onların əməkdaşlığı uzun sürməyib. Daha sonra "iPhone" istehsalçısı yalnız "Alibaba" deyil, "Tencent", "ByteDance" və hətta "DeepSeek" də daxil olmaqla digər variantları nəzərdən keçirməyə başlayıb. Son həftələrdə çox səs-küy yaradan və ABŞ şirkətlərinə trilyon dollara başa gələn Çin startapı "Apple" üçün uyğun olmayıb, çünki komandanın belə nəhəng bir müştəri ilə işləmək üçün kifayət qədər işçi heyəti və təcrübəsi yoxdur.
"Apple şirkəti" teqi üzrə xəbərlər
- "Apple" 18 illik özəlliyindən imtina edir
- Britaniyadan "Apple"a qarşı tələb: "Casusluq etmək imkanı ver"
- "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır
- Azərbaycanın mobil cihaz bazarında "Samsung"un payı azalmaqda davam edir
- Böyük texnologiya brendləri İranı tərk edir
Rəylər