Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İlon Mask ABŞ dövlət katibi ilə mübahisə edib
ABŞ dövlət katibi Marko Rubio və nəqliyyat naziri Şon Daffi ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskla mübahisə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat verib.
Qeyd olunur ki, bu, Nazirlər Kabinetinin iclasında baş verib. Belə ki, Rubio və Daffi amerikalı biznesmeni yalan danışmaqda ittiham ediblər. İclas zamanı Mask rəsmiləri tənqid edib. O, dövlət katibi Rubionu tabeliyində olan heç kəsi işdən çıxarmamaqda ittiham edib. Sahibkarın sözlərinə görə, yeganə belə şəxs DOGE əməkdaşı olub.
Mübahisə zamanı ABŞ Prezidenti Donald Tramp söhbətə qarışaraq Rubionu müdafiə edib. Mask həmçinin Nəqliyyat Katibi Daffiyə Federal Mülki Aviasiya Administrasiyasının avadanlıqlarının vəziyyəti ilə bağlı məsləhətlər verib. Ticarət naziri Hovard Latnik isə iş adamını dəstəkləyib.
"İlon Mask" teqi üzrə xəbərlər
- İlon Mask: "Starlink"i söndürsəm, Ukrayna ordusunun ön xətti çökəcək"
- Maskdan münaqişənin həll yolu: "Ukraynanın 10 ən böyük oliqarxına sanksiya tətbiq edin"
- İlon Mask idarəsinin səhvlərə yol verdiyini etiraf edib
- Kosmosa səkkiz günlük gedib, səkkiz aydır qayıda bilməyən astronavtlarla bağlı sensasiyalı açıqlama
- Maskın sərvəti dörd ay ərzində 110,8 milyard dollar azalıb