İndoneziyada baş vermiş daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb.
Oxu.Az bildirir ki, bu barədə məlumatı ölkənin Təbii Fəlakətlərlə Mübarizə Agentliyi yayıb.
Qeyd edilib ki, daha 279 nəfər itkin düşmüş sayılır, axtarış-xilasetmə işləri davam edir.
Təbii fəlakət leysan yağışları fonunda baş verib və ötən şənbədən bəri davam edir. Məlumata görə, ən çox Şimali Sumatra, Açeh və Qərbi Sumatra əyalətləri zərər görüb.
İndoneziyanın Şimali Sumatra əyalətində baş vermiş daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 248 nəfərə çatıb.
Oxu.Az bildirir ki, bu barədə məlumatı ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyi yayıb.
Qeyd edilir ki, 100 nəfər hələ də itkin düşmüş sayılır.
Məlumata görə, musson yağışları nəticəsində baş vermiş daşqınlar səbəbindən çaylar öz məcralarından çıxıb, minlərlə ev və bina zərər görüb.
Təqribən 3 000 ailə təxliyə olunub.