İndoneziyada güclü daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 174 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətdən sonra onlarla insan hələ də itkin sayılır.
Xatırladaq ki, ötən həftənin sonundan yağan leysan xarakterli yağışlar yaşayış binalarına, yollara və infrastruktura da ciddi ziyan vurub.