İngiltərə Premyer Liqasının 22-ci turunda Mançester derbisi baş tutub.
Oxu.Az xəbər verir ki, "Mançester Yunayted" Old Traffordda "Mançester Siti"ni qəbul edib.
İngiltərə Premyer Liqası: Mançester derbisinin qalibi məlum oldu
Meydan sahibləri yeni baş məşqçi Maykl Kerrikin rəhbərliyi altındakı ilk matçda inamlı qələbə qazanıblar. "Mançester Yunayted"in hücumçusu Brayan Mbemo ikinci hissənin 65-ci dəqiqəsində hesabı açıb. Yarımmüdafiəçi Patrik Dorqu 76-cı dəqiqədə ev sahibi komandanın ikinci qolunu vurub - 2:0.
Premyer Liqanın 22 turundan sonra "Qırmızı şeytanlar" 35 xalla dördüncü, "şəhərlilər" isə 43 xalla ikinci yerdədirlər.