İranda İsraillə 12 günlük silahlı münaqişə zamanı yəhudi dövləti üçün işləyən 700 casus xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Nour News" məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxslərə qarşı İrana qarşı bir neçə cinayətdə - əldəqayırma partlayıcı qurğuların hazırlanması, İranın hərbi obyektlərinin çəkilməsi və bu görüntülərin İsrail kəşfiyyatına ötürülməsi, eləcə də Təl-Əvivin maraqları naminə pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi kimi ittihamlar irəli sürülüb.
Məlumata görə, təkcə İranın paytaxtı Tehranda təxminən 10 min ədəd İsrailə məxsus PUA aşkarlanaraq müsadirə edilib.