İran ruhani hökuməti gənclər üçün tanışlıq xidmətlərinin yaradılmasına olan qadağalarını aradan qaldırdılar, BBC yazır.
Daha öncə ayətullahlar dəfələrlə belə institutların qəbul edilməməsinə dair fikirlərini bildirərək, onları Qərb özbaşınalığının nümunəsi adlandırıblar.
“Times” qəzetinin yazdığı kimi ölkədə demoqrafik vəziyyət, hətta Tehranda imamlara belə fərqli davranış qaydalarını diktə edir.
İqtisadi sanksiyalar və ölkə iqtisadiyyatında durğunluq vəziyyətində gənc iranlılar nikaha daxil olma prosesini mümkün qədər ertələyirlər. Bununla yanaşı daha çox nikahdan kənar cinsi əlaqələr, o cümlədən də eynicinsli əlaqələr yayılır.
İranda “seks yoxdur”.
Nikahdan kənar münasibətlər gənc iranlılardan xəsarət tələb edir.
İranda nikahdan kənar seks 1979-cu ildə islam inqilabı nəticəsində şəriət qanunlarının qəbul edilməsindən sonra qanunsuz sayıldı. Qadın və kişi arasında, hətta platonik əlaqələr belə qəbul edilmir.
Nikahdan kənar münasibətə görə İranda insanları hamının gözü qarşısında qamçılayırlar. Ölkə məktəblərində seksual təhsil mövcud deyil. Hamiləliyə qarşı vasitələr də əhalinin əksəriyyəti üçün əlçatmazdır. Nəticədə isə ölkədə zöhrəvi xəstəliklərin və qanunsuz kurtajların sayı inanılmaz dərəcədə yüksəkdir.
Amma bəzi gənclər bir saatdan artıq çəkməyən sevgililərlə müvəqqəti izdivaca girməyə izin verən “siğə” adlanan qədim şiə institutunun köməyi ilə bu məhdudiyyətlərdən kənara çıxmağı bacarırlar.
Son illərdə yaradılmış yüzlərlə “siğə” saytı gənc iranlılar tərəfindən çox fəal istifadə edilir. Görünür, ruhani hökumət ölkədə yaranan qəribə vəziyyəti anlamır, belə ki, onların qoyduqları qanunları orta əsr şiə ənənələrinin köməyi ilə pozmaq mümkündür.
Amma bu təcrübə ideal həlldən çox uzaqdır. Bu, evli kişilərin özlərinə kəniz tapmaları istəyindən yaranıb. Adətən belə müvəqqəti ittifaqa daxil olan qadın pul mükafatı alır. Ona görə də tənqidçilər bu praktikanı fahişəliyin forması hesab edirlər.
Amma qəzetin yekun fikrinə görə, nə kökləri ilə VII əsrə, yəni erkən islamın tarixinə gedib çıxan şiə fəndləri, nə hakimiyyətin tanışlıq xidmətinin yaradılmasına dair rəsmi cəhdləri insanın seksə olan tələbatının qarşısını ala bilməz.
İran ruhani hakimiyyəti vətəndaşlarının rəğbətinə sahib deyillər. İndi isə deyəsən onlara bundan sonra gülənlər də olacaq.