İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Bəsic" qüvvələrinə rəhbərlik edən general-mayor Qulamrza Süleymaninin həlak olduğunu təsdiqləyən rəsmi bəyanatla çıxış edib.
Oxu.Az xəbər verir ki, SEPAH-ın mətbuat xidmətinin bu məlumatını SNN telekanalı yayıb.
Qurum vurğulayıb ki, hərbi rəhbərin ölümü cavabsız qalmayacaq.
Xatırladaq ki, İsrail Müdafiə Ordusu (SAXAL) martın 17-də Q.Süleymaninin Tehranda öldürüldüyü xəbərini yaymışdı.