İranın məhkəmə hakimiyyəti respublikanın hər hansı bir ABŞ vətəndaşını azad etdiyini təkzib edir.
Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, qurumun rəsmi açıqlamasında "İran həbsxanalarından hər hansı bir amerikalı məhbusun azad edilməsi və ya dəyişdirilməsi baş verməyib", - deyə qeyd olunur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranda saxlanılan bir amerikalı qadının azad edildiyini bildirmişdi. O, "Truth Social" platformasındakı paylaşımında bu xoşməramlı jestə görə Tehrana təşəkkür edib. Tramp azad edilən ABŞ vətəndaşının adını açıqlamayıb.