"Qalibiyyət vacib idi".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə İslandiyanın "Vestri" komandasına qarşı keçirdikləri və 0:3 hesablı qələbə qazandıqları görüş barədə fikirlərini bölüşüb:
"Yaxşı oyun alındı. Bura çatana qədər uzun yol gəlmişdik. İki oyunun nəticəsinə görə altı qol vurmaq və qapımızda qol görməmək yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm.
Komandada hələ də müəyyən çatışmazlıqlarımız var. Lakin çətin hava şəraitinə baxmayaraq, ilk oyuna nisbətən daha yaxşı çıxış etdik. İnanıram ki, qarşıdakı matçlara qədər hazırlıq üçün vaxtımız olacaq və növbəti oyunlarda daha yaxşı idman formasında olacağıq".
Qeyd edək ki, iki oyunun cəminə əsasən rəqibini 6:0 hesabı ilə üstələyən "Qarabağ" turnirin II təsnifat mərhələsinə yüksəlib.