Polşada müəmmalı şəkildə yoxa çıxan azərbaycanlı iş adamı Rabit Bakıyevin avtomobili çaydan tapılıb.
Oxu.Az bildirir ki, bu barədə onun yaxınları 24News.ge portalına açıqlama veriblər.
* Azərbaycanlı iş adamı Polşada müəmmalı şəkildə YOXA ÇIXDI - Şərikli biznes qurubmuş
Məlumata görə, Polşanın Kostrzyn şəhərində ötən ilin fevral ayından itkin düşən, Gürcüstanın Marneuli bələdiyyəsinin Algeti kənd sakini, 38 yaşlı Rabit Bakıyevin idarə etdiyi avtomobil çayda aşkar edilib.
Qeyd edək ki, Rabit Bakıyev ötən ilin fevral ayında evdən işə getmək adı ilə çıxıb və həmin vaxtdan etibarən ondan heç bir xəbər alınmayıb.