İsrail ordusu "Hizbullah" hərəkatının raket bölməsində koordinator kimi fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirini öldürdüb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
"İsrail ordusu Beyrutda "Hizbullah"ın raket bölməsində fəaliyyət göstərən SEPAH komandiri Əbu Məhmadini öldürüb", - deyə SAXAL-dan bildirilib.
İsrail hərbçilərinin məlumatına görə, Məhmadi "Hizbullah"la İran arasında hərbi koordinasiyada əsas fiqur olub.