İranın xarici işlər naziri Abbas Əraqçı ilə HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya arasında telefon danışığı baş tutub.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, söhbət zamanı HƏMAS rəsmisi Abbas Əraqçını xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib.
Tərəflər Qəzza zolağında atəşkəs danışıqlarının son vəziyyəti haqqında fikir mübadiləsi aparıblar.
Abbas Əraqçı öz növbəsində vurğulayıb ki, İran Qəzza zolağında Fələstin xalqı, müqavimət qrupları və HƏMAS tərəfindən qəbul ediləcək istənilən atəşkəs razılaşmasını dəstəkləyəcək.
Rəylər