Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İranda 7 nəfər mədənçi həlak oldu
İranın Səmnan əyalətində yerləşən kömür mədənində qaz sızması nəticəsində ən azı 7 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, mədəndə olan bütün işçilər tuneldə qalaraq qazdan zəhərləniblər. Qaz sızmasının dəqiq səbəbi hələ müəyyən edilməsə də, içəridə hələ də 3 nəfərin qalması ehtimal edilir.
Bildirilir ki, həlak olanlardan üçü xarici vətəndaşdır.
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar