Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İranda baş verən avtobus qəzasında ölən zəvvarların sayı artıb
İranın Yəzd şəhərində avtobusun qəzaya düşməsi nəticəsində 35 nəfər həlak olub, 15 nəfər isə ağır yaralanıb.
Oxu.Az-ın Pakistan Radiosuna istinadən verdiyi xəbərə görə, avtobusda pakistanlı zəvvarlar olublar.
İlkin məlumata görə, qəzaya səbəb əyləcin sıradan çıxması olub. Avtobus Pakistandan İraqa gedirmiş.
Pakistan prezidenti Asif Əli Zərdari həlak olanların ailələrinə başsağlığı verib. O, Xarici İşlər Nazirliyinə yaralananlara yardım göstərilməsi və həlak olanların meyitlərinin vətənlərinə çatdırılması ilə bağlı tapşırıqlar verib.
İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan sərnişin avtobusu aşıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
"Yəzd əyalətinin Dehşir magistralında gecə saatlarında pakistanlı zəvvarların olduğu sərnişin avtobusunun aşması nəticəsində 28 nəfər ölüb, 23 nəfər isə yaralanıb", - deyə hadisə ilə bağlı İranın Yol Polisi İdarəsinin rəisi general Teymur Hüseyni bildirib.
"İran" teqi üzrə xəbərlər
- Azərbaycan XİN İrana başsağlığı verib
- İranda limanda partlayışlar davam edir: Ölən və yaralananların sayı artdı
- ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatdı
- İran Hindistan və Pakistan arasında vasitəçilik xidmətlərini təklif etdi
- ABŞ-li senator Trampı İranın nüvə obyektlərini bombalamağa çağırdı