Bu gün İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində silahlı hücum baş verib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.
Məlumata görə, naməlum silahlı şəxslər hücum zamanı polislərin idarə etdiyi "Hilux" və "Samand" markalı avtomobilləri hədəfə alıblar.
Hadisə nəticəsində avtomobildə olan beş polisin öldürüldüyü bildirilir. Hücumun baş verdiyi ərazidə olan yerli mənbələr silahlı şəxslərin hadisə yerindən polislərə məxsus silahları da götürdüklərini qeyd ediblər.
Hadisəyə görə hələlik heç bir qrup və ya şəxs məsuliyyəti üzərinə götürməyib.