İranda iki qatarın toqquşması nəticsəində həlak olanların yeni sayı açıqlanıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, İranın Səhiyyə Nazirliyinin rəsmiləri ölənlərin sayının 44 nəfərə çatdığını və yaralananların isə 100 nəfərdən çox olduğunu açıqlayıblar.
“Məşhəd-Təbriz qatarının əyləc sistemində problem yaranıb, havanın şaxtalı olması nəticəsində isə qatar dayanıb. Problem mərkəzi sistemə nəzarət edən şəxsə bildirilsə də, növbə dəyişdiyi üçün məsul şəxs qatarın dayanmasından xəbərsiz olub və həmin istiqamətdə hərəkətdə olan Məşhəd-Səmnan qatarına yolun açıq olduğunu və problemsiz hərəkət edə biləcəyini deyib”, deyə İranın Dəmir Yolları İdarəsinin baş direktoru Möhsin Purseyidağayi bildirib .
İran prezidenti Həsən Ruhani hadisə qurbanlarının ailələrinə baş sağlığı verib.
15:00
İranın şimalında iki sərnişin qatarının toqquşması nəticəsində 15 nəfər ölüb.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərinə verir ki, bunu ölkənin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Mürtəzəvi bildirib.
İnformasiyaya görə, hadisə İranın şimalında yerləşən Siman əyalətinin Şahrud şəhərinin Xaf-xan stansiyası yaxınlığında baş verib.
Həmin bölgəyə çoxlu qar yağdığından yollar bağlanıb və hadisə yerinə xilasedciilərin yetişməsində problemlər yaranıb.
Ölən və yaralananların sayının artacağı istisna edilmir.
N.О.