Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İranda spirtli içkidən 48 nəfər zəhərlənib: Beşi ölüb, üçü kor olub
İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfərin zəhərlənərək xəstəxanalara aparıldığı bildirilib.
Hörmüzqan Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə nümayəndəsi Fatma Nevruziyan bəyan edib ki, zəhərlənənlərdən 5 nəfər ölüb.
Onun sözlərinə görə, hazırda 11 nəfərin vəziyyəti ağırdır. Həmin şəxslər reanimasiya şöbələrində müalicə olunur. Onlardan üçü ciddi görmə problemi ilə üzləşib.
Bəndər Abbasın polis rəisi Timur Dövlətyari şəhərdə spirtli içkidən zəhərlənməyə səbəb olan saxta içki paylayan şəxslərin müəyyən edildiyini və indiyədək 8 nəfərin saxlandığını açıqlayıb.
Mənbə: TRT
"İran" teqi üzrə xəbərlər
- İran, Çin və Rusiyanın birgə hərbi dəniz təlimləri başlayıb
- ABŞ-nin maliyyə naziri: "İran iqtisadiyyatını çökdürəcəyik"
- İran və Türkiyə XİN başçıları arasında görüş baş tutub
- İran səfiri İsveç XİN-ə çağırıldı
- Trampdan xəbərdarlıq: "Ya İran ABŞ ilə saziş bağlayacaq, ya da tezliklə nə isə baş verəcək"